Türkiyə Silahlı Qüvvələrinin rabitə sisteminin şəbəkə bazasında yeni dəyişikliklər ediləcək.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ASELSAN" şirkətinin istehsal etdiyi yeni "MANET" (Mobile Ad-Hoc Network) sistemli genişzolaqlı dalğa şəbəkəsi Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Eyni anda səs, video və digər yüksək sürətə malik data ötürülməsini təmin edəcək bu sistem real vaxtda 150 istifadəçiyə xidmət edə biləcək.