İtaliyada son sutka ərzində koronavirusdan 630 nəfər dünyasını dəyişib. 

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi qurbanların sayı 50 minə çatıb.

Ümumilikdə, ölkə üzrə 1 431 795 nəfər koronavirusa yoluxub, 31 395 nəfər sağalıb. Demək olar ki, bir milyon yarım insan özünü təcrid edib.

Xatırladaq ki, İtaliyada bir gün əvvəl ölüm sayı 562 nəfər olub. Bir sutkada rekord ölüm sayı isə martın 27-də qeydə alınıb - 969 nəfər.