1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda
14:51 29-12-2012
İQTİSADİYYAT
1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda
Asbest şiferli evlərin örtyünün dəyişdirilməsi projesində ilginc müəmmalar
Bu ilin əvvəllərində belə bir məlumat yayıldı ki, Bakı və bölgələrdə asbest şiferli evlərin örtüyünü dəyişdirmək üçün həmin evlərin siyahıya alınması başlanıb. Bu işin Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, rəsmilərin iddiasına görə, asbest şiferli evlərin örtüyünün dəyişdirilməsinin ciddi əsasları var. Onlar deyirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarı var və həmin qərarla asbest tikinti materiallarının istifadəsi qadağan olunub. Yəni, bu, yalnız Azərbaycanlıq məsələ deyil”.
Məlumatlara görə, bu məsələ Avropa ölkələrində 5-6 il əvvəl, Azərbaycanda isə 2 il əvvəl başlanıb. İddia edilir ki, asbest dam örtükləri eroziyaya məruz qaldıqca, onların üzərindən insan sağlamlığına ciddi zərər vura biləcək asbest liflər havaya qalxır. Havaya qalxan liflərin isə ağciyər xərçəngi yaratmaq təhlükəsinin olduğu vurğulanır.
Maraqlıdır ki, elə Azərbaycanın özündə bir çox tanınmış mütəxəssislər rəsmilərimizin bu cür iddiasını bölüşmürlər. Məsələn, internetdə apardığımız araşdırmalar zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun hələ xeyli bundan əvvəl məlum iddiaları yalanladığını gördük. Belə ki, institutun kimyəvi laboratoriyasının müdiri Nazim Sadıqov deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlara Azərbaycanda istehsal olunan asbest dam örtükləri ilə bağlı iki nümunə verib. Hər iki nümunənin tərkibinin vulkan külündən ibarət - yəni zərərsiz olduğu aydınlaşıb. Geologiya İnstitutunun radiometriya laboratoriyasının müdiri Çingiz Əliyev də deyib ki, indiyə qədər asbest dam örtükləri ilə bağlı hər hansı radioaktiv şüalanma qeydə alınmayıb: “Biz bu barədə tibb işçiləri ilə də söhbətlər aparmışıq, onlar da bu halları təsdiqləmirlər”.
Bakı Şifer və Keramika Zavodunun satış meneceri Rafiq Mirzəyev də asbest şiferlərin radioaktivliyi barədə yayılan məlumatların arxasında məkrli bir oyunbazlığın durduğunu deyib.
Mövzu ilə bağlı “Unikal”ın əməkdaşına danışan adının çəkilməsini istəməyən ekspert də asbest şiferli evlərin örtüyünün dəyişdirilməsi layihəsinin başqa məqsədlərə hesablandığını inkar etməyib. Ekspert qəzetimizə bildirib ki, bu prosesin arxasında hansısa oliqarx məmurların dayandığı istisna edilməməlidir: “Həmin iri məmurların dayandığı zavodların istehsal etdiyi şifer və plastik borular xarici bazarda özünə alıcı tapa bilmədiyindən, indi görünür belə bir addım atırlar. Onlar özləri istədikləri kimi tender keçirib, istədikləri qiymətə sənədləşdirməklə dam örtüklərini, su və kanalizasiya kəmərlərini dəyişəcəklər”.
Həmsöhbətimiz nəticədə ən azı 2-2,5 milyard manat büdcə vəsaitinin sərf olunacağını deyib: “Bir sözlə, itirən yenə dövlət büdcəsi, qazanan isə hansısa məmurlar olacaq”.
“Unikal”ın mövzu ilə bağlı fərqli qaynaqlardan əldə etdiyi məlumatlarda isə bəzi maraqlı nüanslar var. Həmin nüanslardan biri budur ki, ilkin araşdırmalara görə, ölkə üzrə fərdi evlərin təxminən 70 faizinin damı asbest şiferindən inşa edilib. Bunu Kürdəmirin Cöhranlı kəndində aparılan araşdırma da sübut edir. Kənddə olan 245 evin 155-nin damı asbes şiferindən düzəldilib. Ölkədə təxminən 2 milyon fərdi ev var və bu, təxminən 1,4 milyon evin damının dəyişdirilməsi olardı. Bu hesabla, hər evə orta hesabla 1000 manatlıq, ölkə üzrə isə 1,4 milyard manatlıq metal dam örtüyü lazımdır.
Əldə etdiyimiz məlumatlarda daha bir maraqlı məqam Bakı və bölgələrdə asbest şiferli evlərin örtüyünü dəyişdirmək üçün həmin evlərin siyahıya alınmasına başlanılması üçün göstərişi baş nazirin müavini Abid Şərifov verib. Belə ki, ilin əvvəllərində demək olar ki, bütün rayon və şəhər icra hakimiyyətləri Abid Şərifovun imzası ilə asbest şiferlərin zərərli olması barədə məktub alıblar. Bundan sonra siyahıyalınma prosesinə start verilib.
Bu isə belə deməyə əsas verir ki asbest şiferli evlərin örtüyünün şübhəli şəkildə dəyişdirilməsi ilə bağlı layihəyə məhz cənab Şərifov nəzarət edir. Yəni təxminən 1,4 milyard manatlıq proje baş nazirin adı çəkilən müavininin külli-ixtiyarındadır.
Maraqlı olan isə odur ki, indiyədək Abid Şərifov mətbuatla təmaslarında siyahıya alınma ilə ağlı göstəriş verdiyi halda bu göstərişin bağlı olduğu layihə barədə bir dəfə də danışmayıb. Belə bir səssizlik isə təxminən 1,4 milyard manatlıq proje ilə bağlı haqlı sualları da, haqlı müəmmaları da xeyli dərəcədə artırır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34