Azərbaycanın Xalq artisti Samir Cəfərov Şuşada dahi müğənni, SSRİ Xalq artisti Bülbülün ev muzeyində olub.
Unikal.org xəbər verir ki, o, Bülbülün güllələnmiş büstünün qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin “Sevgili canan” qəzəlinə bəstələdiyi eyniadlı romansını ifa edib.
Qeyd edək ki, Bülbül həmin romansın ən mahir ifaçısı hesab olunur.