Azərbaycanda xəstə kişiyə hamilə olması ilə bağlı göndəriş verilib.

Unikal.org xəbər verir ki, Xaçmaz sakininə  Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıda müailcə almaq  üçün Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.  Xəstəxananın verdiyi göndərişdə 1994-cü il təvəllüdlü İlkin adlı şəxsə hamiləliyi başa çatdırmaq üçün rəsmi sənəd verilib.

Məsələ ilə bağlı açıqlama verən  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Baş həkimin müavini Murad Həbibov bildirib ki, bu texniki səhv səbəbindən baş verib:

"Sənədi verən xanım texniki səhv edərək kişinin hamilə olması ilə bağlı qeyd edib. Sonradan həmin şəxsə başqa sənəd verilib. Sənəd təqdim olunan kişi də köhnə göndərişin fotosunu çəkərək sosial şəbəkələrdə yayıb. Həmin işçimizlə bağlı artıq hüquqi tədbir görülüb."

Famil Fərhadoğlu