Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.
Nazir digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub. Xatırladaq ki, həmin idarənin əvvəlki rəisi general-mayor Elşən Kazımov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.