Göygöl rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə keçirilən reyd zamanı cərimələnənlər olub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər.
Reyd zamanı xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlər barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.