“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.