İcra başçılarına 2013 təhlükəsi
14:54 29-12-2012
İQTİSADİYYAT
İcra başçılarına 2013 təhlükəsi
Seçki ilinin ən böyük “qurbanları” onlar olacaq
Qarşıdan 2013-cü il gəlir. Gələn ilə isə heç şübhəsiz prezident seçkiləri damğasını vuracaq.
Təcrübə göstərir ki, seçki ilində ölkədə kadr islahatları daha da sürətlənir. Bunun səbəbi də başadüşüləndir: xalq arasında məmur korpusundan ciddi narazılıqlar var və seçki öncəsi belə məmurların bəziləri ilə vidalaşmaq iqtidara müsbət divident gətirir, onun elektorat bazasının daha da güclənməsinə kömək edir.
Yəqin ki, biz yeni ildə də seçki ili olduğunu nəzərə alaraq, vətəndaşların şikayətlərinin yüksək olduğu qurumlar və vəzifəli şəxslərlə bağlı təsirli tədbirlərin şahidi olacağıq. Hökumətin bir çox məmurlarla vidalaşması 2013-cü ilin reallaşma riski ən yüksək olan ehtimallarından biridir.
İddialara görə, seçki ili xüsusilə yerli icra hakimiyyəti başçıları üçün daha ağır keçəcək. Bir çox rayonların rəhbərlərinin dəyişdiriləcəyi əksəriyyətdə şühə doğurmur. Bu zaman özəlliklə yuxarı dövlət instansiyalarına haqlarında daha çox şikayətlərin daxil olduğu icra başçılarının “vurulması” daxildir.
Zaman-zaman belə rayon rəhbərlərinin adlarına mətbuatda da rast gəlirik. Məsələn, KİV-də haqlarında çoxsaylı şikayətlərin, vətəndaş narazılıqlarının yer aldığı Bakının bir neçə rayon icra başçısının seçki ilində görəvindən alınması ehtimalı yetərincə yüksək qiymətləndirir. Bu sırada Xətai rayonunun icra başçısı Razim Məmmədovun, Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyevin, Xəzər rayonunun icra başçısı Gülağa İslamovun adlarını qeyd edə bilərik.
Əyalətlərdəki bəzi icra başçılarına da seçki ilində “vurulma” təhlükəsini kifayət qədər real saymaq olar. Məsələn, Zərdab rayonunun icra başçısı Lütfəli Babayev, Bərdənin icra başçısı Vidadi İsayev, İmişli rayon icra hakimiyyətinin rəhbəri Vilyam Hacıyevlə bağlı mərkəzi mətbuatda davamlı şəkildə tənqidlərin və şikayətlərin yer alması onların “vurulacaq” məmurlar arasında ilk pillələrdə dayandığını söyləməyə əsas verir.
Şəmkirin icra başçısı Nazim Veysovun, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun, Cəlilabadın icra başçısı Əziz Əzizovun, artıq 6 ilə yaxındır Lerikə rəhbərlik edən Rövşən Bağırovun, İsmyıllının icra başçısı Nazim Ələkbərovun adları da 2013-cü ildə əvəzlənməsi gözlənilən yerli başçıların siyahısında göstərilir.
Əlbəttə, vətəndaşların hökumətdən daha tez-tez narazı salındığı rayonlarda rəhbər dəyişiklikləri seçki ilində insanlara “xoş hədiyyə” kimi qəbul ediləcək ki, bu da onların səsvermə məntəqələrinə gedərkən seçim etmələrinə yardımçı olacaq. Çünki əyalətlərdə vətəndaşların əlindən daha çox dad etdikləri məhz icra başçıları olur, belə icra başçılarının vəzifədə saxlanması isə adamları hökumətdən küsdürür, incik salır.
Ona görə də 2013-cü ili bir çox rayon icra hakimiyyətlərinin başçıları üçün “çətin il” adlandırmaq təəccüblü görünməlidir. Kimlərin obrazlı desək, “kəfəni yırtaraq”, “qurbanlıq” olmaqdan qurtulacağını isə yeni ilin ilk aylarından başlayaraq görəcəyik.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42