Xəbər verdiyimiz kimi, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan Çankaya Köşkündə 36-cı NATO Zirvə Toplantısı üçün şəhərə gələn dövlət və hökumət başçılarının həyat yoldaşlarını qəbul edib.
"Unikal" xəbər verir ki, liderlərin xanımlarının qatıldığı proqramda iki kişi qonaq - Heiko fon der Leyen və Bo Tengberq xüsusi diqqət çəkib.
Məlum olub ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin əri Heiko fon der Leyen və Danimarka Baş naziri Mette Frederiksenin əri Bo Tengberq tədbirə xanımlarının yerinə "Birinci Cənablar" kimi iştirak ediblər.
Xatırladaq ki, Əminə Ərdoğanın təşkil etdiyi qəbulda Cənubi Koreya, Polşa, Finlandiya, Fransa, Litva, Rumıniya, Ukrayna, Belçika, Yunanıstan, Sloveniya, Albaniya, Monteneqro və Kanada liderlərinin həyat yoldaşları iştirak ediblər.
Gülayə Mecid





.jpeg)



























.jpg)














.jpg)
.jpg)
