Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

Unikal xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etiraz notası Rusiyanın guya Estoniya və digər Baltikyanı ölkələr barədə dezinformasiya yayması ilə əlaqədardır.

"Estoniya və digər Baltikyanı ölkələr haqqında davamlı dezinformasiyanın yayılması ilə bağlı diplomatik nota təqdim olunub", – məlumatda qeyd edilib.

Bununla belə, Estoniya XİN Rusiyanın yaydığı iddia edilən dezinformasiyaya dair konkret nümunələr göstərməyib.

Qeyd edək ki, iyunun sonunda Estoniyanın xarici işlər naziri Margus Tsahkna Rusiya ilə danışıqların əleyhinə çıxış edərək, Avropa İttifaqı ilə Moskva arasında dialoqu bərpa etmək cəhdlərinin yanlış addım olduğunu bildirmişdi. Bundan əvvəl isə Avropada Rusiya ilə münasibətlərin gələcəkdə bərpası perspektivinin müzakirə olunduğu barədə məlumatlar yayılmışdı.