Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov videokonfrans formatında iranlı həmkarı Məhəmmdə Cavad Zəriflə görüşüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tvitterdə yazıb.
O qeyd edib ki, tərəflər İran-Azərbaycan ikitərəfli münasibətlərdəki son inkişafları və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər.
Konstruktiv və səmimi görüş təxminən bir saat davam edib.