Masallının icra başçısı ilə yerli sakinlərin “balıq müharibəsi”
14:55 29-12-2012
İQTİSADİYYAT
Masallının icra başçısı ilə yerli sakinlərin “balıq müharibəsi”
Babaser kəndindən hər gün tonlarla balığı kim və hara daşıyır?
Masallı rayonunun Boradigah ərazi vahidinə daxil olan Babaser kəndindəki balıqçılıq təsərrüfatı ilə bağlı qalmaqal yaranıb. Belə ki, onlarla kənd sakini haray çəkir ki, gözümüz qarşısında hər gün tonlarla balığı QazEl-llərlə daşıyırlar, lakin kənd sakinlərinin öz sərvətlərinə əlləri çatmır. Bu barədə cenuxeberleri.com saytı məlumat yayıb.
Məlumata görə, o qədər balığı bilinmir kim daşıyır, hara daşıyır, buradan gələn gəlir kimlərin cibinə gedir. Həmçinin ötən əsrin 60-cı illərində inşa edilmiş bu su anbarının balıqçılıq təsərrüfatı kimi istifadə edilməsi kənd sakinlərinin əkinçilik və heyvandarlıqla normal məşğul olmasına problemlər yaradır.
Bir neçə sakin isə bu məsələdə Masallı Rayon İcra hakimiyyəti başçısının müavini Seymur Nuriyevi, bəziləri icra başçısı Rafil Hüseynovun özünü günahlandırırlar. Dekabrın 24-də bu narazılıq pik həddə çatıb, hətta yerli sakinlər buradakı balıqçı torunu ələ keçirib oradakı balıqları öz aralarında bölüşdürüblər.
Məlumat üçün bildirək ki, bu su anbarı Su Meliorasiya Nazirliyinə tabedir və onun istifadəsindədir. Masallı İcra Hakimiyyəti başçısının müavini Seymur Nuriyevin bildirdiyinə görə, həmin su hövzəsi uzun müddət istifadəsiz qalıb. Son vaxtlar isə rayonun Şərəfə kənd sakini Rafət adlı şəxsə sınaq müddətinə həvalə olunub. Bu su hövzəsi balıqçılıq təsərrüfatı üçün tələblərə tam cavab verərsə, ondan qanuna müvafiq formada istifadəyə sərəncam veriləcək. Kənd sakinləri isə etiraz aksiyaları keçirtməkdə israrlıdır.
Aliyə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00