Ermənistanda müxalif fəal Hayk Mamicanyana cinayət işi açılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbvər verir ki, müxalif Ermənistan Respublika Partiyasının gənclər təşkilatının sədri Hayk Mamicanyan kütləvi iğtişaşların təşkilində ittiham olunur.

Bu barədə Paşinyana istefa tələbi ilə aksiyalarda aktiv iştirak edən partiya funksioneri öz "Facebook" səhifəsində məlumat yayıb.