Polis polkovniki Nəriman İmanovun Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsindən azad olunaraq, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
***
22:38
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.