Qoç - qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.

Buğa - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın.

Əkizlər - bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Günün ikinci yarısında yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın.

Xərçəng - prioritetlər az sonra özləri dəqiqləşəcək. Yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin. Yardım istəyənə dəstək olun. Məsləhətləriniz fayda verə bilər.

Şir - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı ola biləcək insanlarla ünsiyyətdə olun.

Qız - şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm qərarların qəbulunda məntiqli davranın.

Tərəzi - prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları artırmağın yollarını düşünün.

Əqrəb - bütün əkslikləri adi, ənənəvi yollarla aradan qaldırmaq mümkün deyil. Mübahisə, əlavə iş istisna deyil. Günün ikinci yarısında məqsədə çatmaq üçün yasaq metodlardan istifadə etməyin. Çətin olsa da, səbrli və müdrik davranın. Təsir edə bilmədiyiniz şərtləri müəyyənləşdirin, güzəştə ehtiyac yaranarsa, gecikməsin.

Oxatan - bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün. Dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin.

Oğlaq - rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Günün ikinci yarısında çətinliklər mənfəətə çevriləcək.

Dolça -  yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər.

Balıqlar - adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər.

Milli.Az