Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin yeni Bakı nümayəndəliyi artıq fəaliyyətə başlayıb.

Unikal.org xəbər verir ki, yeni satış ofislərinin və nümayəndəliklərin açılması ilə “Günay Sığorta” əhalinin sığorta xidmətlərindən daha rahat yararlanması və sığorta barədə maariflənməsinə şərait yaradır. Yeni nümayəndəlik fiziki və hüquqi şəxslərə həftə içi hər gün saat 09.00-dan 18.00-dək  N.Nərimanov rayonu , Əhməd Rəcəbli küçəsi 23A ünvanında sığorta xidmətləri göstərəcək. Həmçinin müştərilər onlayn xidmətdən yararlanaraq 7/24 icbari sığorta, kasko sığorta, əmlak sığortası, səyahət sığortası və s. kimi sığorta məhsullarını qısa zaman ərzində əldə edə bilərlər. 

Açılış mərasimindən sonra sığorta sahəsində geniş təcrübəyə malik Bakı nümayəndəliyinin rəhbəri Əbdül Məlikov tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunub.
Şirkət satış kanallarının artması istiqamətində addımlar ataraq yeni satış nümayəndəliklərini müştərilərin fəaliyyətinə vermiş və bununla da yeni iş yerlərinin açılmasını təmin etmişdir. Şirkətin Bakı şəhərində və regionlarda 11 nümayəndəliyi və 100-dən çox satış nöqtəsi var. Koronavirus pandemiyasının bütün dünya iqtisadiyyatına, o cümlədən də Azərbaycan iqtisadiyyatına ziyan vurduğu müddətdə "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı mübarizə aparıb, onun mənfi fəsadlarının aradan qaldırılması üçün yeni iş yerlərinin açılması zəruridir.  Şirkətin Strateji Planına əsasən Bakı şəhərində və regionlarda yeni nümayəndəliklərin açılması gələcəkdə də davam etdiriləcəkdir.