Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də Emin Məmmədovdur.
Unikal.org xəbər verir ki, 1992-ci ildə Beyləqanın Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçimiz müharibə başlayanda ön cəbhəyə yollanıb.
Xüsusi təyinatlı bölmədə kəşfiyyatçı-atıcı olan Emin Məmmədov snayper kimi düşmənə sözün əsl mənasında qan uddurub. O, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin mövqelərinin darmadağın edilməsində xüsusi rol oynayıb. Oktyabrın 27-də Füzulinin Qaraxanbəyli kəndində düşmən gülləsinə tuş gəlib və şəhid olub. Onun qəhrəmənlığı barəsində valideynlərinə döyüş yoldaşları danışıb.