Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Laçın rayonu işğaldan azad edilib və Azərbaycana qaytarılıb.

Unikal.org xəbər verir ki,  28 ildir işğalda olan Laçının yenidən azad edilməsi xalqımız üçün əsl bayram olub.

Gecənin gec saatları olmasına baxmayaraq, bir qrup həmvətənimiz bu əlamətdar günü küçədə qeyd ediblər.