Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.
Unikal.org xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Məlumata görə, sözügedən vəzifə Pərvanə İmanovaya həvalə edilib.
O, indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub.