Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Unikal.org xəbər verir ki, cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun qiymətində baş verib.
Ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.