Azərbaycan bayrağı traktorla daşındı
00:44 09-01-2013
CƏMİYYƏT
Azərbaycan bayrağı traktorla daşındı
Akif Əli: "Əgər sözügedən fakt həqiqətdirsə, onda bu hal qınanmalıdır"
Qazaxda bayraq festivalından sonra biabırçılıq baş verib və nəticədə Azərbaycan bayrağına qarşı hörmətsizliyi əks etdirən daha bir fotofakt ortaya çıxıb.
Facebook sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə səbəb olub. Belə ki, fotonun Qazax rayonunda bayraq festivalından sonra çəkildiyi qeyd olunub. Fotolardan göründüyü kimi, festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Həmçinin Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci və 11-ci maddələrində deyilir:
"Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr.
Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur".
Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri Akif Əlinin sözlərinə görə, "Azərbaycan Respublikasının qanunvericiliyinə görə, Dövlət Bayrağı dövlətin əsas atributlarından biri hesab edildiyi üçün ona yanaşma tərzi və onun saxlanmasını nəzərdə tutan müvafiq rəsmi müddəalar mövcuddur. Hər bir vətəndaşın və hər bir məmurun bu müddəalara sözsüz riayət etməsi vacibdir. Əgər sözügedən fakt həqiqətdirsə, onda bu hal qınanmalıdır".
Akif Əlinin fikrincə, "Bütün dövlətlərdə dövlət bayrağı müqəddəs simvol hesab edilir və dövlətçilik ənənəsinin vacib daşıyıcısı, dövlət əxlaqının mühüm elementi hesab edilir. Azərbaycan hökuməti də çalışır ki, Azərbaycan cəmiyyətində Dövlət Bayrağımıza qarşı məhz bu cür münasibət sərgilənsin".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00