Ziyalılar Forumu seçim etdi
00:46 09-01-2013
CƏMİYYƏT
Ziyalılar Forumu seçim etdi
Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov deyib: "Ziyalılar Forumu prezident seçkisində namizəd irəli sürməyəcək. Amma olmamasına, ekzit-pol keçirməyə çalışacağıq. Bütövlükdə normal, xalqın iradəsini əks etdirən seçkinin olmasına çalışacağıq. Ancaq Ziyalılar Forumu seçkiyə öz namizədi ilə qatılmayacaq. Bu bizim prinsipial mövqeyimizdir".
O qeyd edib ki, hazırda ictimai-siyasi qüvvələri, gənclər təşkilatlarını, ziyalıları birləşdirə biləcək bir hərəkatın yaranması prosesi gedir: "Həmin hərəkat prezident seçkisində öz namizədini irəli sürməlidir. Biz bunu dəstəkləyirik. Həmin namizədin kimliyi Müsavat, AXCP və digər siyasi partiyalar, ictimai qüvvələrlə birlikdə müzakirə olunmalıdır. Mən buna vahid namizəd demirəm, əsas namizəd adlandırıram. Yəni seçkidə bir neçə namizəd ola bilər və onların içindən əsas namizəd seçilər. Əsas namizədi bizim tanınmış, ən güclü ictimai təşkilatlarımız, siyasi partiyalarımız, Ziyalılar Forumu, ayrı-ayrı ziyalılar, ictimai xadimlər dəstəkləməlidir. Belə bir hərəkat mütləq yaranmalıdır. Hazırda bununla bağlı iş gedir, gənclər bu prosesdə fəal iştirak edir. Bu barədə mənə də məlumat verildi. Belə bir hərəkat mütləq yaranacaq və yaxın günlərdə təşkilatçılar bunu elan edəcəklər. Ziyalılar Forumu da həmin hərəkatı dəstəkləyəcək".
O qeyd edib ki, Ziyalılar Forumu yeni hərəkatın iştirakçısı, təşkilatçısı deyil: "Amma biz bu hərəkatı dəstəkləyirik. Hərəkatı yaradanlar başqa insanlardır. Təşkilatçılar bizim yanımıza gəlmişdilər və biz onlara dəstək verəcəyimizi dedik. Mən onları qabaqlayıb hər şeyi demək istəmirəm, özləri bunları açıqlayacaqlar. Hərəkata çox gözəl ad seçiblər. Çox dərin mənalı, bizim türk ənənələrimizlə bağlı, tarixi addır. 10-15 günə təşkilatçılar hər şeyi elan edəcəklər. Çox mütərəqqi, qabaqcıl hərəkatdır, onu 15-20 təşkilat yaradıb. Orada partiyalar, gənclər təşkilatları təmsil olunur".
R. İbrahimbəyovun sözlərinə görə, hərəkatı yaradanlar arasında AXCP və Müsavat üzvləri, hər iki partiyanın gənclərinin təsis etdiyi təşkilatlar var: "Ümid edirəm ki, hərəkat elan olunduqdan sonra AXCP, Müsavat, Ziyalılar Forumu onu açıq formada dəstəkləyəcək və işlərində köməklik göstərəcək. Çünki bu, çox vacib hərəkatdır, bu hərəkat kimi əsas hesab etsə, biz onu dəstəkləyəcəyik. Təbii ki, əsas namizədin müəyyənləşdirilməsi prosesində biz də iştirak edəcəyik, məsləhətlərimizi verəcəyik. Məlumdur ki, Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əsas namizəd İsa Qəmbər də, başqası da ola bilər. Bütün bunları müzakirə etməliyik və əsas namizəd mütləq olmalıdır".
R. İbrahimbəyov qeyd edib ki, əsas namizəd Ziyalılar Forumunun üzvü olmayacaq: " Bir nəfərdən başqa. Bu da Eldar Namazovdur. Eldar Namazov namizəd ola bilər, çünki o, peşəkar siyasətçidir, politoloqdur. Ziyalılar Forumunun digər təsisçilərinin peşəsi başqadır. Eldar Namazovun peşəsi isə siyasətdir. Ona görə də Eldar Namazova bu icazəni veririk. Amma onun seçkidə iştirak edib-etməyəcəyini bilmirəm".
Tanınmış politoloq, Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazov "Unikal"a bildirdi ki, "Fikrimcə, prezidentliyə namziədin və ya namizədlərin müəyyənləşdirilməsi məsələsindən öncə daha mühüm problemlər var və birinci növbədə bunların həll edilməsi lazımdır. Bu problemlər isə ondan ibarətdir ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan cəmiyyətinin öz iradəsini yetərli şəkildə ortalığa qoyması üçün münbit və sağlam seçki mühiti yaradılmalıdır. Uzun illərin seçki təcrübələri bir daha göstərir ki, bu şəraiti yaratmamışdan seçkilərə qatılmaq, sadəcə, mənasız işdir".
Politoloq onu da vurğuladı ki, "Mənə göstərilən etimada görə həmkarlarıma minnətdaram, ancaq 2013-cü ilin prezident seçkilərinə namizəd kimi qatılmaq barədə hələ ki qəti bir qərarım yoxdur. Bu qərarın qəbul edilməsi isə ölkədəki siyasi proseslərin gedişindən, cəmiyyətin aktivlik dərəcəsindən asılı olacaq. Buna görə də indidən namizədliyimi irəli sürüb-sürülməyəcəyim barədə konkret heç nə deyə bilmərəm. Hadisələrin gedişini izləyək və yəqin ki, yaxın aylarda son qərarımı elan edəcəyəm".
Aslan
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23