Fransa məhkəməsi 2016-cı ildə ölkədə keçirilmiş futbol üzrə Avropa çempionatı zamanı ingiltərəli azarkeş Endryu Beyçə hücum çəkən rusiyalı fanatlar - Mixail İvkin və Pavel Kosova hökm oxuyub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, istintaqın nəticələrinə əsasən, İvkin 3, Kosov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror daha əvvəl hər iki şəxs üçün 5 ildən 15 ilədək həbs cəzası istəyib.
Qeyd edək ki, məhkəmə prosesi dekabrın 7-də başlayıb. Azarkeşlər Fransa hökumətinin xahişi ilə 2018-ci ilin fevralında Almaniyanın Münhen şəhərində saxlanılıblar.