ABŞ-da Azərbaycan müzakirəsi
11:30 10-01-2013
İQTİSADİYYAT
ABŞ-da Azərbaycan müzakirəsi
Mövcud hakimiyyətə dəstək veriləcək
Azərbaycanda seçkilər yaxınlaşdıqca beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə artır. Bu günlərdə AŞPA-da Azərbaycanla bağlı hesabat verildi və yaxın zamanlarda Azərbaycanın maraqlarına cavab verməyən qərarın çıxarılmasıda gözlənilir. Söhbət siyasi məhbuslarla bağlı hesabatın hazırlanmasından gedir. Düzdür son əfv fərmanı ilə bir sıra siyasi məhbuslar azad edildi.
Amma hazırlanan hesabat yenə də sərt olacaq və yəqin ki, ciddi etirazlar yaranacaq. Ən qəribəsi isə budur ki, öncələr AŞPA-da Azərbaycanın maraqlarını müdafiə edən əcnəbi deputatlar var idisə, indi onlar daha çox kənarda durmağa çalışır və nəticədə erməni lobbisi istədiyi şəkildə fəaliyyət göstərə bilir. İndi isə Amerikada da Azərbaycanla bağlı qapalı müzakirələrə start verilib. Belə ki, ABŞ-Azərbaycan ikitərəfli və regional siyasəti Dövlət Departamentində müzakirə mövzusu olub.
Dövlət katibinin müavini Villiam Burns ölkəsinin Bakıdakı səfiri Richard Morninqstarı qəbul edərək Azərbaycanda həyata keçirilən işlərə və ölkədəki vəziyyətə nəzər salıb. Bu barədə Dövlət Departamentindəki mənbələr məlumat veriblər. Daxili müzakirələrin təfərrüatları açıqlanmır.
Hərçənd, Departamentin iş üslubuna bələd mənbələr adətən belə görüşlərdə səfirin çalışdığı ölkədə vəziyyət, administrasiyanın regional siyasəti və gələcək addımlarının müzakirə olunduğunu bildirirlər.
Bu arada məlum olub ki, səfir Morninqstarın Bakıya təyinatından əvvəlki vəzifəsini - Xəzər regionu üzrə xüsusi nümayəndə səlahiyyətlərini hazırda Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi, səfir Carlos Pascual icra edir. Bu barədə Departamentin sözçüsü Victoria Nuland bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bildirib. Sözçüyə senator Riçard Luqarın Qafqazda enerji təşəbbüsləri, xüsusilə Nabucco-West-ə diqqətin azalması ilə bağlı Departamentə ünvanladığı tənqidləri və yeni hesabatı ilə bağlı sual verilib. Xanım Nuland deyib ki, senatorun fikirləri və hesabatı ilə tanış olduqdan sonra münasibət bildirəcək.
Maraqlıdır, ABŞ-da aparılan müzakirələr nəyə işarədir və nəticələr nə ola bilər? Ekspertlər bildirir ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri olacaq və indidən böyük güclər Azərbaycana maraqlarını artırıblar. Çünki hazırda Rusiya regionda gücünü artırmaq üçün bütün vasitələrə əl atıb. Azərbaycanla sərhəd bölgəsinə əlavə hərbi güc toplayıb, Xəzər dənizinə yeni 4 hərbi gəmi buraxıb və siyasi rəhbərliklə münasibətlər kifayət qədər ağırdır. Ekspertlər bildirir ki, seçkilər zamanı Rusiya gücünü daha da artıracaq. Elə Abbas Abbasov faktoru buna əyyani misaldır. Belə olan halda aydın olur ki, Avropa ilə Rusiyanın hazırda Azərbaycana yanaşması eynidir. Amma əsas söz sahibi olan ABŞ hələ ki, susurdu və hadisələrə neytral yanaşma sərgiləyirdi. İndi isə zaman yetişib və ABŞ konkret mövqe sərgiləyəcək. Bunu da qeyd edək ki, hazırda ABŞ Azərbaycanla bir sıra məsələlərdə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın qorunması üçün müəyyən addımlarda atır. Bunu əsas gətirərək bildirmək olar ki, aparılan müzakirələrdə Azərbaycanın maraqları qoruna bilər. Çünki mövcud hakimiyyət sıradan çıxarsa mütləq Gürcüstan variantı təkrarlanacaq. Yəni hakimiyyətə Rusiyaya meyilli güclər gələ bilər. Hazırkı hakimiyyət isə hələ ki, regionda tək dövlətdir ki, Rusiyanın bölgədə istədiyini etməsinə imkan vermir. Elə Qəbələ RLS-in ləğv olunması da buna əyyani misaldır. Bununla yanaşı hazırda Rusiya bütün gücünü səfərbər edərək Avrasiya İttifaqını yaratmaq istəyir. əslində bu ittifaq sovetlər birliyini xatırladır və dünya bundan çox narahatdır. Bu ittifaqın yaradılmasını əngəlləyən isə hələ ki, tək Azərbaycandır. Hətta prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu ittifaqa qoşulmaq niyyətində deyillər. Bu isə Rusiya üçün tərs sillə oldu. Ekspertlər bildirir ki, regionda belə həssaslığın yarandığı bir zamanda ABŞ sözsüz ki, mövcud hakimiyyətin yanında olmağa çalışacaq. Bunu da xatırladaq ki, Azərbaycanın İran kimi də problemi var və ABŞ mövcud hakimiyyətdən kənarda durarsa İran da Azərbaycanda maraqlarını həyata keçirtmək üçün hərəkətə keçəcək. Bunu da qeyd edək ki, İranın Azərbaycanda ciddi sosial bazası var və bu bazadan istifadə etməklə Azərbaycan üçün ağır problemlər yarada bilər. Bu isə qərbin enerji təhlükəsizliyinin tam sıradan çıxması deməkdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40