Professor Misir Mərdanovu səhv çıxartdı
11:35 10-01-2013
CƏMİYYƏT
Professor Misir Mərdanovu səhv çıxartdı
Təhsil nazirinin "müəllimlər dünyanın hər yerində pis dolanır" açıqlamasına Şahlar Əsgərovdan cavab gəldi
Məlum olduğu kimi iki gün öncə təhsil naziri Misir Mərdanov mətbuata verdiyi müsahibədə təhsildəki bəzi problemlərlə yanaşı, müəllimlərin sosial durumu ilə bağlı vəziyyətə də münasibət bildirib.
Finlandiya və bəzi ölkələri çıxmaq şərtiylə dünyanın hər yerində müəllimlərin orta və ya ortadan aşağı səviyyədə yaşadığını bildirən təhsil naziri, bu sözlərlə Azərbaycanda müəllimlərin durumuna bəraət qazandırmağa çalışıb.
"Müəllimlər dünyanın hər yerində pis dolanır" tipli açıqlamayla həm də təhsilə lazımi dövlət diqqətinin ayrılmadığını dolayısı ilə etiraf etmiş olan Misir Mərdanov bəlkə "siyasi səhv" buraxdığının fərqində belə olmayıb. Heç bu yazıda bizim də məqsədimiz buraxılmış bu "siyasi səhvi" çək-çevir etmək deyil. Sadəcə olaraq, bir məsələ diqqətimizi cəlb edir ki, təhsil naziri kimi müəllimlərin sosial hüquqlarının təminatına cavabdeh olan nazirin belə bir rüsvayçı açıqlama ilə çıxış etməsidir. Qeyd edək ki, artıq bir sıra təhsil ekspertləri nazirin bu açıqlamasını "top-tüfənglə" qarşılayıblar. Ötən gün isə mövzuyla bağlı açıqlama verən fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi professor Şahlar Əsgərov məsələyə bu cür yanaşmanın şərti olduğunu vurğulayaraq Misir Mərdanovu "səhv çıxartdı":
"Bilirsiniz, söhbət müəllimlərin sosial durumundan gedirsə, baxır müəllimi kiminlə müqayisə edirsiz. Sovet dövründə müəllim ən yaxşı dolanan təbəqə olub. Çünki dövlətə, cəmiyyətə savadlı adamlar lazım idi. Ona görə də sovet dövründə müəllimlərin maaşı yüksək idi. Bu səbəbdən də müəllimlər yalnız məktəbi özlərinə iş yeri sayırdı, dolanışıq üçün başqa iş dalınca getmirdi. Sovet dönəmində müəllim o qədər hörmətli idi ki, yaxşı aşbaza, yaxşı sürücüyə də "müəllim" deyirdilər. Lakin indi vəziyyət başqadır. İndi müəllim dərsini deyib başqa iş dalınca qaçır. Bu gün mən M.Mərdanovun dediyindən on qat artıq və ya on qat əskiyini də deyə bilərəm. Ancaq bu məsələnin həlli deyil. Lakin gərək millətin gələcəyi haqqında söz deyərkən düşünəsən. Əvəllər bu məsələlərə daha ciddi reaksiya verirdim. Lakin sonra gördüm ki, noxudu divara vurmaqla divardan heç nə əskilmir".
Natiq Rəhimli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50