Məhərrəm Əliyevdən əsgər ölümünə reaksiya
11:36 10-01-2013
CƏMİYYƏT
"Bu iş nəzarətdədir. Heç kimin şübhəsi olmasın ki, məsələyə ədalətli yanaşılacaq"
"Mən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı ailəsinin iddiasını eşitdikdən sonra ilkin araşdırma apardım. Həm Müdafiə Nazirliyi, həm də əsgərin xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlamışam. Bu faktla bağlı artıq Müdafiə Nazirliyi tərəfindən də məlumat verildiyi kimi cinayət işi başladılıb".
Bu sözləri "Qafqazinfo"ya bir müddət əvvəl Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilən general-leytenant Məhərrəm Əliyev bildirib. General qeyd edib ki, ailəsinin əsgərin döyülüb öldürülməsi ilə bağlı iddiaları ciddi şəkildə araşdırılacaq və başladılan cinayət işinə nəzarət olunacaq. Onun sözlərinə görə, əsgər Ceyhun Qubadov dağlıq ərazidə xidmət edib: "Əsgərin xidmət etdiyi ərazi dağlıq zona olub. Burada müxtəlif versiyalar ola bilər. Ancaq hər şey başladılan cinayət işinin nəticəsində bilinəcək. Heç kmin şübhəsi olmasın ki, məsələyə ədalətli yanaşılacaq" . Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü faktla bağlı istintaq araşdırması getdiyini açıqlayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb. Əsgərin anası sisə oğlunun döyülərək öldürüldüyünü iddia edir. Anası bu gun oğlunun bədənində zorakılığı əks etdirən foto və videoları da yayıb.
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00