“Biz xarici borclanmaya ona görə gedirik ki, ölkədə iqtisadi aktivliyə təkan verək”.
Unikal.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə deyib.
O qeyd edib ki, xarici borclanmaya getməmək üçün bir yol vergilərin artırılmasıdır: “Vergilərin artırılması isə sui-qəsd olar. Ona görə də biz borclanmaya gedirik. Bu amil dünya ölkələrinin təcrübəsində də mövcuddur”.