Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 12 müəssisəsindən pomidor idxalına icazə verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu “Rosselxoznadzor” rəhbərinin müavini Anton Karmazin deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təminatı əsasında aradan qaldırılıb.