"Topaz" Azad Rəhimovdan alına bilər
23:39 10-01-2013
CƏMİYYƏT
"Topaz" Azad Rəhimovdan alına bilər
"Futbol qumarı" kimin nəzarətinə keçəcək?
Artıq ilyarımdır ki, Azərbaycanda "futol qumarı" leqallaşdırılıb. Ölkəboyu "Topaz" məntəqələri yayılıb və indi futbol matçlarına pul qoyuluşları məhz "!Topaz" vasitəsilə həyata keçirilir.
Mətbuatın davamlı yazdığı kimi, hazırda Azərbaycanda "futbol qumarı" gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır. Belə ki, "Topaz"ın idarəedici şirkətinə məhz Rəhimovun yaxın dostu (bəzi mənbələrdə hətta qohumu) olduğu bildirilən şəxs rəhərlik edir.
Qeyd edək ki, ölkədə futbol qumarının daha geniş yayılması təxminən 10-12 il əvvəldən başlayıb. "Unikal"ın məlumatlı mənbələrdən əldə etdiyi məlumatlara görə, futbol oyunlarına pul qoyulmasının qeyri-leqal təşkili uzun müddət keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşının monopoliyasında olub. Onlardan başqa bu oyunu kim təşkil etmək istəyibsə, ona təzyiq etdiriblər. Babayevlərin bunun üçün nəzarətlərində hətta "Futbol planet" adlı qəzet də olub.
Qeyri-leqal pul qoyuluşları ölkədə yüzlərə insanın bədbəxtçiliyinə - müflisləşməsinə, evini, ailəsini itirməyə gətirib çıxarıb. Və "Topaz" yarananda rəsmilər iddia edirdilər ki, "futbol qumarı"nın leqallaşması ilk növbədə məhz bunun qarşısını almağa, futbola pul qoyuluşlarındakı fırıldaqları aradan qaldırmağa hesablanıb.
Halbuki hələ də dəyişən heç nə yoxdur və mətbuatda davamlı olaraq, "futbol qumarı"nın qurbanlarının faciəli sonluqları barədə xəbərləri oxuyuruq. Bu isə çoxlarının iddia etdiyi kimi, ölkədə "futol qumarı"na hiylə qarışdırıldığını təsdiqləyir.
Dəyişməyən isə budur: "futbol qumarı"nda iri pullar dövr etməyə davam edir və artıq həmin pullar bir çox başqa iri məmurların da iştahını çəkməkdədir. Məlumatlara görə, hökumət içərisində elə də ciddi təsir imkanlarına və həlledici nüfuza malik olmayan Azad Rəhimovun "dişsiz və zəif fiqur" olmasından istifadə edərək "Topaz"ı onun nəzarətindən çıxarmaq istiqamətində cəhdlər var. Hətta oliqarxlardan birinin buna nail olmaq üzrə olduğu bildirilir.
Deyilənə görə, qarşıdakı aylarda "Topaz"ın əl dəyişdirməsi tamamilə real sayılır. Futbola pul qoyuluşlarının yuxarıda haqqında bəhs etdiyimiz oliqarxa yaxın nüfuzlu iş adamı tərəfindən yönəldiləcəyi ehtimalının artdığına diqqət çəkən mənbələr gənclər və idman nazirinin bunu önləmək üçün yetərli gücə malik olmadığını bildirirlər.
Hazırda ölkə boyu çoxsayda bukmeker kontorları var və "futbol qumarı"nı ələ keçirmək bu mənada təkcə maddi sarıdan önəmli deyil. Bu, eyni zamanda ölkə boyunca biznes "toçka"larına sahib olaraq ciddi nüfuza yiyələnmək deməkdir. Hansı ki, hazırda bu imtiyaza çox az sayda iri məmur malikdir.
Səslənən iddiaların həqiqətəuyğunluğunu isə qarşıdakı dövrdə görəcəyik Əgər söylənənlər doğru çıxsa, bu, onsuz da son illərdə hakimiyyət içində işləri yaxşı getməyən gənclər və idman nazirinə növbəti ağır zərə mahiyyətini daşıyacaq.
Həsən Əli
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44