"Bayraq biabırçılığı" Qazağın icra başçısını qəzəbləndirdi
23:40 10-01-2013
CƏMİYYƏT
"Bayraq biabırçılığı" Qazağın icra başçısını qəzəbləndirdi
Ayaz Əsgərov xəbərdarlıq etməklə kifayətlənib
Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan bayrağına qarşı hörmətsizliyi əks etdirən daha bir fotofakt ortaya çıxıb. Belə ki, Facebook sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə səbəb olub.
Fotonun Qazax rayonunda bayraq festivalından sonra çəkildiyi qeyd olunub. Fotolardan göründüyü kimi festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.
Olayın ictimaiyyət arasında və mətbuatda geniş əks-səda yaratması Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovu narahat edib. O, buna görə məsul şəxsləri möhkəm danlayıb və qəzəbli şəkildə bildirib ki, onun rayona rəhbərlik etdiyi dövrdə bir daha belə hallar yaşanacağı təqdirdə cavabı daha ağır olacaq.
Bununla belə, icra başçısı nədənsə konkret cəzalandırmaya ehtiyac görməyib. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Həmçinin Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci və 11-ci maddələrində deyilir: "Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur".
Amma gələn məlumatlara görə, Ayaz Əsgərov rayondakı bayraq biabırçılığına görə, qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti yerinə yetirməyi lazım bilməyib.
Bu arada facebook sosial şəbəkəsində Qazaxdakı bayraq biabırçılığına məsul şəxs kimi rayon icra başçısının şəhər icra nümayəndəsi Rövşən Nəbiyevin adı hallandırılıb. İlginc olan odur ki, Azərbaycan bayrağına qarşı hörmətsiz münasibətin baiskarı kimi göstərilən icra nümayəndəsi 1994-cü ildə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilibmiş. Hər halda bunu da sosial şəbəkələrdə yazıblar.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50