Türkiyə hakimiyyəti PKK ilə anlaşır?
23:40 10-01-2013
CƏMİYYƏT
Türkiyə hakimiyyəti PKK ilə anlaşır?
Qabil Hüseynli: "Baş nazir Ərdoğan isə özünü ölkə siyasətinin ağası kimi aparır"
PKK terror təşkilatının lideri Abdulla Öcalan Türkiyədəki kürdlərin müstəqil dövlət yaratması yönündə istəyindən vaz keçib.
Türkiyənin "Yeni Şafak" qəzetinin verdiyi məlumata görə, hazırda İmralı adasında təcridxanada saxlanılan Abdulla Öcalan bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə son 15 gündə onunla iki dəfə görüşən Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidana söyləyib.
Bundan sonra Rəcəb Tayyib Ərdoğan Hakan Fidana Abdulla Öcalanla növbəti dəfə görüşməklə bağlı təlimat verib. Abdulla Öcalan növbəti görüşdə Türkiyədə kürdlər üçün demokratik muxtariyyət tələbi olmadığını da bildirib. Türkiyə Təhlükəsizlik Şurasının yeni il ərəfəsində, 2012-ci il dekabrın 26-da keçirilən toplantısından sonra Milli Kəşfiyyat Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti hazırla PKK terror təşkilatına rəhbərlik edənlərlə görüşmək üçün İraqa, Qəndil adasındakı PKK düşərgəsinə gedib. Qəndildəki görüşdə yekun anlaşma əldə edilmir, ancaq prinsipial məsələlərlə bağlı müzakirə aparılır. İmralı və Qəndildəki görüşlərdən sonra Abdulla Öcalanın həbsdə saxlanıldığı İmralı adasına PKK-ya yaxınlığı ilə seçilən Barış və Demokratiya Partiyasından (BDP) iki millət vəkilinin - Ahmet Turk və Ayla Akatın göndərilməsi qərara alınır. BDP sədri Selahattin Demirtaş və Gültan Kışanak başda olmaqla, BDP deputatları buna etiraz edirlər. Lakin Qəndildən gələn təzyiqdən sonra Ahmet Turk və Ayla Akatın göndərilməsi ilə bağlı etirazlar aradan qalxır.
Ankara, İmralı və Qəndil üçbucağında hazırlanmaqda olan "Yol Xəritəsi"nə görə, PKK-nın rəhbərliyində ən yüksək səviyyədə yer tutan 50 nəfər Qəndili tərk edərək Avropa ölkələrindən birinin paytaxtına yerləşməlidir. PKK-nın rəhbərliyində yer alan digər şəxslərə Türkiyəyə dönərək siyasətlə məşğul olmasına şərait yaradılacaq. Üçüncü mərhələdə isə qəbul edilən qərarların həyata keçməsi üçün Müşahidə Qrupu yaradılacaq. Müşahidə Qrupunda hakim AKP, o cümlədən müxalifətdəki CHP, MHP və BDP üzvlərinin yer alması nəzərdə tutulur. Müşahidə Qrupu Türkiyədəki PKK silahlı terrorçularının ölkəni tərk etməsini müşahidə edəcək, ölkəni tərk edən terrorçu qruplara ordunun hücum etməsinə yol verilməyəcək.
Paralel olaraq may ayında qədər Türkiyə Konstitusiyasında və qanunlarında sürətli dəyişikliklər ediləcək. Böyük əfv barədə qərar verilməyəcək, amma cəzasının 4/5-ü çəkən PKK üzvləri sərbəst buraxılacaq. Yarı açıq həbsxanalarda 1 il cəza çəkən PKK üzvləri də azadlıq qazanacaqlar. Məsələn, terrorla bağlı 20 il həbsxanada olmuş PKK üzvü 1 il şərti azadlıqda olduqdan sonra tam azadlığına qovuşacaq.
Abdulla Öcalanla növbəti görüş yanvarın 13-də planlaşdırılıb. Həmin gün PKK lideri ilə BDP sədri Selahattin Demirtaş, Gültan Kışanak, Ahmet Türk və Aysel Tuğluk görüşə biləcəklər. Abdulla Öcalan bu görüşdə BDP heyətinə Qəndildəki PKK rəhbərliyinə və PKK-nın Avropa üzrə məsuliyyətli şəxsinə yazdığı məktubunu verəcək.
O da məlum olub ki, Abdulla Öcalan Hakan Fidanla görüşdə Ankaraya Suriyada əməkdaşlıq təklif edib. Abdulla Öcalan bu məqsədlə PKK-nın Suriyadakı qanadı olan PYD-yə Suriya prezidenti Bəşər Əsədə deyil, Suriya müxalifətinə dəstək verməyi tapşıracaq.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, "Sözügedən danışıqlar Ərdoğan hökumətinin bir zamanlar elan etdiyi "kürd açılımı" planının bir qədər modifikasiya edilmiş formada gerçəkləşdirilməsindən başqa bir şey deyil və Tükiyə üçün gələcəkdə ciddi problemlər yaradacağı şübhəsizdir. Problemi kəskinləşdirən amillərdən biri də budur ki, Türkiyə dövlətinin rəhbərlərinin kürd məsələsində vahid mövqedən çıxış etmədiyi göz qabağındadır. Məsələn, Prezident Abdulla Gül öz çıxışlarında bir qədər ürkək və ehtiyatlı mövqe nümayiş etdirir. Baş nazir Ərdoğan isə özünü ölkə siyasətinin ağası kimi aparır. Bu hallar xoşagələn məqamlar deyil".
Politoloqun sözlərinə görə, "Avropa dövlətləri də PKK-ya yanaşmada fərqli mövqelər sərgiləyir. Məsələn, Birləşmiş Ştatlar PKK-nı birmənalı şəkildə terror təşkilatı kimi tanıyıb. Amma Fransa, Norveç və Danimarka kimi ölkələr PKK-nın fəaliyyətinə milli-azadlıq mübarizəsi kimi yanaşır və hətta onu dəstəkləyirlər. Göründüyü kimi, Türkiyə mürəkkəb problemlə üz-üzə qalıb və bunu çözmək o qədər də asan deyil".
Adil
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23