“Bir qrup qadın həbsxanadadır. Pandemiya ilə əlaqədar olaraq, əfvlə bağlı məsələlər müzakirə edilməyib”.
Unikal.org xəbər verir ki, bunu parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Sahibə xanım ( Milli Məclisin sədri Sahibə Qafarova – red) sizdən, Obudsmandan xahiş edirəm ki, qadınların əfv edilərək həbxsanadan buraxılması ilə bağlı cənab Prezidentə müraciət edin. Cənab Prezident hər zaman vətəndaşlarımıza qarşı humanistlik göstərib. Azərbaycanda qələbə münasibətilə həbsxanada olan qadınlar qalmasınlar. Hesab edirəm ki, gələcəkdə də parlament fəaliyyətə başlayan zaman geniş amnistiya aktı imzalanmalıdır”, - deyə komitə sədri bildirib.