Əsgər ölümünə görə generala töhmət verildi
23:41 10-01-2013
CƏMİYYƏT
Əsgər ölümünə görə
generala töhmət verildi
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin bir qədər əvvəl imzaladığı əmri ilə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib.
Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov açıqlayıb. Ü.Cəfərovun bildirdiyinə görə, Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb. Onun rütbəsi bir pillə aşağı salınıb. Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb.Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri barəsində də intizam tədbirləri həyata keçirilib.
Ü.Cəfərov daha ətraflı məlumatı media ilə bölüşəcəyini bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.
Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunub. Mərhum əsgərin əvvəlcə ürək çatışmazlığından öldüyü bildirilsə də, sonradan onun döyülərək öldürüldüyü iddiası irəli sürüldü...
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17