Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 230 manatdan 350 manatadək və III dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 210 manatdan 300 manatadək artılıb.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.