ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin administrasiyası İranın nüvə məsələsi ilə bağlı anlaşmaya qayıdandan sonra onun raket proqramını məhdudlaşdırmağa çalışacaq.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu C.Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmağa namizəd Ceyk Sallivan yanvarın 4-ü gecə saatlarında CNN televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası İranın nüvə proqramı ilə bağlı Əhatəli birgə fəaliyyət planına qayıtmağa Tehranın anlaşmaya tam əməl etməsi şərti ilə hazırdır.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkəsinin raket proqramına dair danışıqlar aparılmasının mümkün olmadığını bildirmişdi.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin 2015-ci ilin yayında Əhatəli birgə fəaliyyət planı imzalamışdı. ABŞ prezidenti Donald Tramp 2016-cı ilin əvvəlində İranın razılaşmanın şərtlərini pozduğunu bildirərək ölkəsini bu anlaşmadan çıxartmışdı.