İranda son sutka ərzində 6073 nəfər koronavirusa yoluxub, 110 pasiyent vəfat edib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, İranda virusa yoluxanların ümumi sayı 1 249 507, ölənlərin sayı isə 55 650 nəfərə çatıb. Ölkədə indiyədək 1 020 737 xəstə koronavirusdan sağalıb.