Çinli yüksək vəzifəli iş adamı həyat yoldaşına xəyanət etdiyi üçün işindən olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadın evində ərini məşuqəsi ilə yaxalayıb.
Həmin anları kameraya çəkib. Daha sonra o ərinin məşuqəsinə hücum edib. Videoda qadının məşuqəni döyməsi kadrları da yer alıb. Həmçinin çinli iş adamı arvadına yalvararaq məşuqəni buraxmasını və sakitləşməsini istəyib.
Qadın videonu sosial şəbəkədə yayımlayıb. Paylaşılan videogörüntüdə qadınlar arasındakı dava qınaq obyektinə çevrilib. Bununla yanaşı, kadrdakı şəxsin Partiya Komitəsinin katibi olduğu məlum olub. Cia Ding partiya səlahiyyətlərini zədələdiyi üçün vəzifəsindən azad edilib. Hadisə ilə əlaqədar istintaq başladılıb.