İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55830 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6283 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1261903 nəfərə çatıb. Virus daşıyıcılarından 4780 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1040521 nəfər koronavirusdan sağalıb.