Belçika Antverpen şəhərinin bələdiyyə başçısı onlayn qatıldığı proqramların birində özünü ifşa edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Radio 2"yə onlayn reportaj verərkən uğursuz bir qəza keçirib.
Belə ki, bələdiyyə başçısı Bart Da telefonunun kamerası ilə özünü qeyd edərkən arxasındakı güzgüyə önəm verməyib. Bu zaman gülməli görüntülər ortaya çıxıb. Bart Danın siyasi görünmək üçün yalnız köynək geyindiyi məlum olub. Aparıcıların reaksiyasını başa düşməyən Bartda reportaja davam edib.
Sosial mediada paylaşılan görüntü izləmə rekordu qırıb. Bir sıra media istifadəçiləri "Ən azından çılpaq deyildi" şərhini yazıblar.