İndoneziyada koronavirusa qarşı vaksinlərin halal olub-olmaması müzakirələrə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyada Çin istehsalı olan "Sinovac" şirkətinin vaksinləri tətbiq ediləcək. Ölkənin İslam Şurası bu barədə öz narahatlığını bildirib. İslam Şurası açıqlamasında kütləvi vaksinasiya prosesindən əvvəl bu vaksinlərin halal olduğu barədə cəmiyyətə məlumat veriləcəyi ilə bağlı ümidini ifadə edib.

Bəzi dindar şəxslər isə bu baş verməsə, vaksin olunmaqdan imtina edəcəklərini açıqlayıblar. Hazırda ölkədə bununla bağlı geniş müzakirələr gedir. Rəsmilər insanların vaksinasiyadan imtina etməsindən ehtiyatlanır.