Çin və ABŞ arasında növbəti gərginlik yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çinin şimal qütbünə yaxın olduğu ilə bağlı məlumatlar yayılmışdı. ABŞ dövlət katibi Mayk Pompeo isə sosial şəbəkə hesabında bunu "kommunist yalanı" adlandıraraq Çinin şimal qütbündən 1 450 kilometr uzaq olduğunu əks etdirən xəritə yayıb.
Daha sonra Çin rəsmiləri Cənubi Çin dənizində ABŞ-la ərazi mübahisələrini xatırladaraq Pompeoya cavab veriblər.
"Cənab Pompeo məsafə ölçməkdə pis deyil. Onda zəhmət olmasa, Cənubi Çin dənizi ilə ABŞ arasındakı məsafəni də ölçsün. 13 357 kilometr məsafə olduğunu bilər", - deyə Çin tərəfi bildirib. Hazırda söz atışması ilə müşayiət olunan diplomatik gərginlik davam edir.