Avropa İttifaqı Venesuela parlamentinin yeni tərkibini tanımayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın qanunverici orqanı olan Milli Assambleyanın yeni tərkibi saxta seçkilərlə formalaşdığı bildirilərək Avropa İttifaqı tərəfindən tanınmayıb. Bu parlamentin Nikolas Maduronun tərəfdarlarından ibarət olduğu və qeyri-legitim olduğu vurğulanıb.
Eyni zamanda bildirilib ki, Xuan Quaydonun qanuni hökumət başçısı kimi tanınması və dəstəklənməsi davam etdiriləcək.
Qeyd edək ki, Venesuelada uzun müddətdir ikihakimiyyətlilik yaranıb. Rusiya və bir sıra ölkələr legitim dövlət başçısı kimi Nikolas Maduronu, ABŞ, Avropa İttifaqı və xeyli başqa ölkələr isə parlament spikeri olmuş müxalifət lideri Xuan Quaydonu tanıyır. Ölkədə siyasi gərginlik və iğtişaşlar davam edir.