Böyük Britaniyanın paytaxtı London şəhərində xeyli insan həbs edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, London məhkəməsində zaminə buraxılması ilə bağlı işə baxılan "Wikileaks"in sahibi Culian Assanjın azadlığa çıxmasını tələb edənlər məhkəmə binası önündə etiraz aksiyası keçiriblər.
Onlardan bəziləri məhkəməyə daxil olmağa çalışsa da, jurnalist vəsiqəsi olmayanlar içəri buraxılmayıb. Nəticədə insident yaranıb və polis aksiya iştirakçıların böyük qismini həbs edib. Saxlanılanlarla bağlı araşdırmalar başladılıb.
Məhkəmə Culian Assanjın zaminə buraxılmasını məqbul hesab etməyib. O, həbsdə qalmağa davam edəcək.