Avropa Birliyi ABŞ istehsalı olan "Moderna" şirkətinin vaksinlərini təsdiqləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ittifaq ərazisində vaksinlərin istifadə olunmasına icazə verilməsi üçün başqa qərar da lazımdır. Belə ki, hazırki qərar Avropa Dərman Agentliyinin vaksinləri təsdiq etməsindən ibarətdir. İstifadəyə icazə üçün Avropa Birliyi Komissiyasının da oxşar qərarı vacibdir.
Yaxın günlərdə bu instansiyanın da analoji qərarını açıqlayacağı gözlənilir. Vaksinlərin 28 gün aralıqla iki dozada istifadəsi tövsiyə olunur.