Koronavirusunun yeni növünün (Covid-19) mutasiya olunduğu İngiltərədə xəstəlik və ölüm sayı artmağa davam edir.
Unikal.org xəbər verir ki, bazar ertəsindən bəri milli karantin elan edən ölkə, yüzdə 50-70 nisbətində daha yoluxucu olduğu düşünülən mutant B.1.1.7 virusu səbəbindən çətin anlar yaşayır. Bu çərçivədə, ölkənin simvolu olan Londondakı Redbridge bölgəsindəki qırmızı ikimərtəbəli avtobuslar qara rəngə boyanıb. Tətbiqin Covid-19 epidemiyasına qarşı maarifləndirmə məqsədi ilə həyata keçirildiyi bildirilib.