Ukrayna ordusunda hərbi rütbələr NATO sisteminə uyğunlaşdırılıb.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andrey Taran məlumat verib.

Nazir qeyd edib ki, bu addım NATO ölkələrinin silahlı qüvvələri ilə uyğunluğu təmin etmək üçün atılmış addımdır. Ümumilikdə 2025-ci ilədək hərbi konsepsiyada sovet sisteminin bütün elementlərinin yığışdırılması və NATO standartlarının tam tətbiqi nəzərdə tutulur. Ukraynanın strateji perspektivdə bu hərbi bloka qoşulması üçün bütün zəruri addımların atılacağı qeyd olunub.