Almaniyanın Səhiyyə Nazirliyi əhaliyə çağırış ünvanlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin çağırışında insanların səbirli olması və həmrəylik göstərməsi xahiş olunub. Vaksinasiya prosesi ilə bağlı cəmiyyətdəki tənqidləri anlayışla qarşıladıqlarını və problemlərin tez bir zamanda aradan qaldırılacağı bildirilib.
"Vaksinasiya prosesi tezliklə xalqın dilədiyi şəkildə gerçəkləşdirilməyə başlayacaq. İnsanlardan xətalara görə üzr istəyirik", - deyə çağırışda qeyd olunub. Bildirilib ki, tezliklə vaksinasiya yekunlaşacaq və həyat öz axarına qayıdacaq.
Xatırladaq ki, Almaniya vaksinasiya məntəqələrində uzun növbələrin yaranması və prosesin düzgün təşkil olunmamasına görə sıxlıq yaşanması və vaxt itkisi insanların böyük narazılığına səbəb olmuşdu.