Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 191 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 830 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 702, ağır xəstələr isə 3 303 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 283 931 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 164 050 nəfər sağalıb, 22 070 nəfər isə ölüb.