Böyük Britaniyada son sutka ərzində 62 322 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 2 836 801 nəfərə çatıb. Ötən 24 saatda daha 1041 pasiyent dünyasını dəyişib. Bu, apreldən bəri qeydə alınan ən yüksək göstəricidir.
Britaniyada pandemiya qurbanlarının sayı isə 77 346-ya yüksəlib.